07.12.2018-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12.11.2018-ci il tarixli məktubuna əsasən şagirdlərin yol hərəkəti qaydalarına daha mükəmməl yiyələnmələri, bu sahədə davranış mədəniyyətinin formalaşdırılması məqsədilə Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə fəaliyyət göstərən Xocalı rayon Kosalar kənd tam orta məktəbində maarifləndirici tədbir keçirildi. Tədbirdə Yaloba kənd tam orta məktəbinin kollektivi və Gəncə şəhər Baş Pİ-nin DYPŞ-nin təbliğat və təşviqat üzrə inspektoru polis baş leytenantı Rüstəmov Vasif Nəsib oğlu iştirak etdi. Dövlət Yol Polisi əməkdaşı məruzə ilə çıxış edərək yol hərəkəti qaydalarına dair məlumatlar verdi. Statistik göstəriciləri diqqətə çatdırdı. Qeyd etdi ki, tətbiq edilən nizamnamələr və aparılan tədbirlər nəticəsində ilbəil yol hadisələrinin sayı azalmağa doğru gedir.
Tədbirdə şagirdlər hazırladıqları yol hərəkətləri qaydaları haqqında plakatları nümayiş etdirdilər, bildikləri məlumatları paylaşdılar və onları maraqlandıran sualları Vasif Rüstəmova ünvanladılar.
Çıxış edən məktəb rəhbərləri və müəllimlər belə maarifləndirici tədbirlərin əhəmiyyətini vurğuladılar və mətəmadi təşkil edilməsinin vacibliyini diqqətə çatdırdılar.